Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə koronavirusun yeni dalğasının başlandığı elan edildi

İsraildə koronavirusun yeni dalğasının başlandığı elan edildi

Tarix: 19 Iyun 2022 19:51

İsrailin Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeddinci dalğasının başlandığını elan edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 

İsrail xəstəxanalarında koronavirus şöbələri yenidən açılır və karantin tədbirlərinin gücləndirilməsi istisna edilmir.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hazırda 47 min nəfərə yaxın insan virusa yoluxub, onlardan 572 nəfər xəstəxanalara yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur.

Qeyd edək ki, dünyada pandemiya başlayandan bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb, onlardan 10,8 min nəfəri dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  İsraildə koronavirusun yeni dalğasının başlandığı elan edildi


RƏYLƏR