Tarix: 1 May 2019 12:00
"Bu, hələ birinci matçdır, ancaq əla alındı. Səfərdə vacib qol vurduq. Təəssüf ki, sona yaxın real qol imkanından yararlanmadıq. 2:0 daha yaxşı nəticə olardı".Qol.az xəbər verir ki, bu sözləri "Ayaks"ın kapitanı Matteys de Liqt Çempionlar Liqasının yarımfinalında səfərdə "Tottenhem"ə qalib gəldikləri oyundan (1:0) sonra UEFA-nın saytına açıqlamasında deyib.
19 yaşlı müdafiəçi hər iki komandanın əzmkar oyun göstərdiyini bildirib: "Bavariya", "Real" və "Yuventus"la da səfərdə bu cür oynamışdıq. "Tottenhem" çox yaxşı komandadır. Pressinq etməkdə çətinlik çəkirdik. Əsl kişilərin döyüşü oldu, qələbəni isə biz qazandıq".