Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salyanda avtomobillər toquşub, xəsarət alanlar var

Salyanda avtomobillər toquşub, xəsarət alanlar var

Tarix: 19 Iyun 2022 21:32

Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Salyanda avtomobillər toquşub xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ