Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Demokrat'' Paşinyan etirazçıları güllələdir, Qərb isə susur

''Demokrat'' Paşinyan etirazçıları güllələdir, Qərb isə susur

Tarix: 20 Iyun 2022 14:44

Dörd il bundan öncə Ermənistanda "məxməri inqilab" yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan bu illər ərzində nə ilə yadda qalıb? Bu suala cavab tapmaq elə də böyük zəhmət tələb etmir. Tək erməni mediası deyil, rus, Qərb mediasında bununla bağlı kifayət qədər material tapmaq mümkündür.

Hakimiyyətdə qalmaq üçün rəqiblərini vurub sıradan çıxarmaq, siyasi opponentlərini həbs etmək və s. "demokrat" Paşinyanın idarəçilik üslubuna çevrilib. Əvvəlki hakimiyyətlə indiki idarəçilik arasında elə də ciddi fərqin olmadığını indi əksər xarici müşahidəçilər də təsdirləyir. Hakimiyyəti uzun dövr ərzində siyasi opponentlərə genişmiqyaslı təzyiqlər, zorakılıq metodlarlndan istifadə etdi. Vaxtilə hakimiyyətdə olmuş şəxslər, onların yaxınları həbs olundu, etiraz aksiyaları qəddar şəkildə dağıdıldı, tənqidçi media susduruldu, kütləvi həbslər həyata keçirildi. İndi isə Paşinyanın siyasi opponentləri, hakimiyyəti tənqid edən şəxslər sadəcə güllələnir.

Bu yerdə xatırladaq ki, bu, Qərbin Ermənistanda insan haqlarının pozulmasını görməzliyə vurduğu ilk hal deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mger Yegizaryan həbsxanada aclıqdan vəfat edib. N. Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan reqressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın Baş naziri siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir və bunu edir. N. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub, hazırda istintaq davam edir. N. Paşinyan ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu isə N. Paşinyanın əl-qolunu daha da açır.

Təsəvvür etmək çətin deyil ki, belə hal Azərbaycanda baş versəydi, Qərbin müəyyın dairələrinin göstərişi ilə beynəlxalq hüquq-müdafiə təşkilatları, mediası, ayrı-ayrı ekspertlər Azərbaycana qarşı necə şiddətli qara piar kampaniyası həyata keçirməyə başlayacaqdılar. Ancaq Qərb demokratik hesab etdiyi Paşinyan hakimiyyətinin öz tənqidçilərini qətllərlə aradan götürməsinə belə heç bir reaksiya vermir. Bu, ikili standartların, ədaləysizliyin və ikiüzlülüyün bariz nümunsədir.

Başqa bir məqama da toxunmamaq olmur. Nikol Paşinyan da Qərbin ikili standartı qarşısında qalıb gah Türkiyəyə sülh çağırışı edərək sərhədlərin açılmasını, rəsmi Ankara ilə münasibətlərin şərtsiz normallaşdırılmasını istəyən kimi fikirlər səsləndirib sülhpərvər imici qazanmağa çalışır, gah da Rusiyanın əli ilə rəsmi Moskvanın ifadə etdiyi kimi, guya regionda hərbi qüvvə tarazlığının təsis edilməsi naminə yenidən silahlanma yarışına girir, sülh sazişini imzalamağı gecikdirərək Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaqdan imtina edir. Ancaq Şuşa və Bakı bəyannamələri ilə artıq regionda yeni hərbi təhlükəsizlik vəziyyəti yaranıb. Bir sıra imperiya gücləri çox istəsələr də, nəticələri dəyişdirmək mümkün olmayacaq. 

Ermənistanın məhdud milli potensialı, coğrafiyasının qeyri-məhsuldarlığı, başqa dövlətlərin əlində alətə çevrilməsi, özlərini dibsiz quyunun dərinliyinə yuvarlamaları davam edəcəkmi, yoxsa kin, nifrət və işğalçı niyyətləri tərk edib Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri yaradacaqlarmı? Bu suala cavab hələ ki yoxdur. Beləliklə, rəsmi İrəvanla birlikdə artıq Qərb ölkələrinin də bu yol ayrıcından çıxaraq qərar vermək zamanları çatıb.   

Kamran Seyidov


Etiketlər:  Demokrat Paşinyan etirazçıları güllələdir Qərb isə susur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ