Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 20:46
İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə qurumları açıqlayıb.
Məlumata görə, yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.
Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.
Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.
Xatırladaq ki, İraqda ən son vəba xəstəliyi 2015-ci ildə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada vəba xəstəliyinə 1,3 milyondan 4 milyona qədər yoluxma qeydə alınır ki, bu da 21 000-dən 143 000-ə qədər şəxsin ölümünə gətirib çıxarır.