Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 01:25
Əməkdar artist Dilarə Əliyeva "Yuxu kimi" serialında oynadığı obrazına nifrət etdiyini bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ekran işində Əsmərə həyat verən aktrisa bu barədə "Söhbət var" proqramında danışıb:
"Bu xarakteri oynadığıma görə tamaşaçılar qınadı, onlara haqq verirəm. Həyatımda ilk dəfədir oynadığım obraza nifrət edirəm. Nifrət edə-edə oynayıram.
Öz sənətimi başqa cür yaşaya bilmirəm. Fərqli obrazlar, özümə aid olmayan bir xarakteri oynamaq, yaşamaq maraqlıdır.
Mən də oynadığım Əsmər obrazına haqq vermirəm. Nə yazıq ki, cəmiyyətimizdə belə qadınlar çoxdur. Çox gözəl bilirəm kimləri oynayıram. Onlar al dilinə, şal dilinə inanmayın. Onlar saman altdan su yeridib, ailələri məhv edirlər".