Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstədiyim əməliyyatları keçirtdim və ''stop'' dedim''

''İstədiyim əməliyyatları keçirtdim və ''stop'' dedim''

Tarix: 21 Iyun 2022 20:35

"Qalmaqaldan qaçıram, çalışıram qalmaqal olmasın. Tural (red. aparıcı Tural Əsədov) səs-küylü insan deyil. Ona hörmət etdiyim üçün çalışıram ki, istəmədiyi işi etməyim. Amma hərdən dözmürəm. Müğənninin öz janrı olduğu kimi, hər bir aparıcının da öz ampluası var. Tural danışıb, gülən insandır. Onun yumor hissi güclüdür. Verilişdə müğənnilərlə zarafatlar edir. Lakin onun bu zarafatlarını hər ifaçı anlamır. Amma yenə də edir. "Səhər mərkəzi"ndə özümü biraz yığışdırıram. İstəyirəm nəsə deyim, amma sonra söyləyirəm ki, "Afaq, yeri deyil, özünə gəl". 

Sonxeber.net xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində məşhur teleaparıcı Afaq Gəncəli deyib.

"Yeni mövsümdən "Səhər Mərkəzin"də aparıcılığınızı davam etdirəcəksiniz?" sualına aparıcı "Bu suala cavab verə bilməyəcəyəm, sual altındadır" deyə qısa cavab verib. 

A.Gəncəli aparıcısı olduğu səhər verilişinin pərdəarxası çətinliklərindən söz açıb.  

"Səhər mərkəzi"ndə olmaq istəyirəm. Verilişə və həmkarım Turala çox öyrəşmişəm. Onunla birgə veriliş aparmaq mənim üçün rahatdır. Əvvələr yad olsa da, sonradan öyrəşdim. Bu isə səhərlər tez durmaqla əlaqədar idi. Çünki səhər saat 5-dən dururam. Verilişə tam hazır vəziyyətdə olmalıyam. Dırnaqarası verilişə çıxa bilmərəm. Saçım, vizajım yerində olmalıdır.

Beşdə yuxudan durmaq üçün saat doqquzda yatıram. Artıq bu kimi məsələləri öz yoluna qoymuşam. Veriliş axşam olsaydı, mənim üçün əla olardı. Baxaq görək, yeni televiziya mövsümündən hansı yeniliklər olacaq. Hələki heç nə dəqiq deyil deyə, sizə bu haqda açıqlama verə bilmirəm.  

Teleaparıcı gündəmi çalxayan "Şourum" maqazin verilişində yeni mövsümdən dəyişikliklərin olacağının anonsunu verib. 

"Aparıcısı olduğum "Şourum" maqazin verilişi yüz faiz olacaq. Amma bu verilişdə də bir sıra dəyişikliklərin olacağı gözlənilir. Bilirsiz ki, hər efirimizin ulduz qonağı olur. Onlar özlərini cəsarətli görüb, verilişə gəlirlər. Amma sonra başlayırlar narazıçılıqlar etməyə ki, axı mən bu sözü niyə dedim".  

"Şourum"da qalmaqallı açıqlamalar verib, sonra da danışdıqlarına peşman olan müğənnilərdən Afaq tənqə gəldiyini söyləyib.   

"17 ildir ki, maqazin verilişinin aparıcısıyam. Amma "Şourum" qədər başım hələ bu qədər ağrımamışdı. Mən onların dillərindən tutub danışmıram ki, onlar özləri danışıb, açıqlamalar verirlər.

Sakit bir kənarda oturub, deyirəm ki, bu, sənin fikrindir.

Heç kimi danışmağa məcbur etmirəm. Bu il müğənnilərin əlindən ürək ağrısı tutmuşam. Artıq yorulmuşam. Arada şoudan çıxıb getməyi fikirləşirəm. Çünki müğənni və xasiyyət çoxdur. Onlar çoxdur, mən isə təkəm, cumurlar üstümə.

Hər bir müğənnin istəyi, kaprizi, eqosu var. Məcburam onların kaprizinə və eqosuna dözməyə. Amma dözdükcə hiss edirəm ki, səhhətim pisləşir, canım ağrıyır, hirslənirəm. Arsız adam deyiləm ki, "Əşşi özü bilər" söyləyim. Bir də görürsən ki, hansısa müğənniyə ürəyim ağrıyır. Deyirəm ki, bəlkə müsahibəsinin bir hissəsini çıxardaq, verməyək. Bacardığımı çıxardıram, baca bilmədiyim isə qalır. Çünki bu, mənim işimdir. Verməsəm, evdə otursam nə olacaq?". 

A.Gəncəli şou-biznes nümayəndələrinin "div yuxusu"ndan oyandığını, amma çərçivələri sındıra bilmədiklərini açıqlayıb.  

"İndi-indi şou əhli canlanıb. Daha əvvəl çox passiv idilər. Onların üzərinə duz səpmək lazımdır, qızışdırmaq, qazlarını artırmaq lazımdır ki, aralarında rəqabət mühütü yaransın. Adını açıqlamaq istəmədiyim bir müğənni var.

Deyir ki, bu mövzu haqda danışmayacaq. Amma sonra onun bir danışığını eşitdim ki,  ondan bunu heç gözləmirdim. Dedim ki, "Nə baş verib? Cavab olaraq söylədi ki, "Bəsdir, susdum". Söhbət hay-küydən, həyasızlıqdan getmir.

Sadəcə müğənni olub, haqqını tələb etməkdən gedir. Nəyisə səhv deyirsə, cavabını ver. Özünə görə bu cavabı da səliqəli, mədəni, tərbiyəli şəkildə de. O demək deyil ki, gəl saçlarını yol. Xeyr! İnsan öz hüququnu bilməli və sözünü də lazım olanda deməlidir". 

Xarici görkəminə, xüsusi ilə bədən quruluşuna diqqət yetirən Afaq Gəncəli "Yenidən plastik əməliyyat etdirəcəksiniz?" sualına belə münasibət bildirib.

"Plastik əməliyyat daha etdirməyəcəyəm. İstədiyim əməliyyatları keçirtdim və "stop" dedim. Görürsünüz ki, son zamanlar ümümiyyətlə makiyajsız gəzirəm. Artıq düşüncələrim də dəyişib.
Xarici görünüşümdən razı deyiləm, amma rahatam. Daxilən razıyam. Yaş getdikcə, bir az işin də möhkəmləndikcə, insanın düşüncələri yer aldıqca, xasiyyəti tam oturduqca, artıq içimdəki "Mən" yetər mənə. İçimdəki "mən" məni rahatlayır. İnsanlar var ki, onun içində "mən" yoxdur, onu davamlı axtarır. Amma mənim içimdə "mən" var.  


Etiketlər:  İstədiyim əməliyyatları keçirtdim stop dedim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ