Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 15:50
Avroviziya 2011 qaliblərindən olan müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında istirahətindən görüntülər yayımlayıb. Bu dəfə dincəlmək üçün Mərdəkanı seçən Nigar hovuzdan paylaşdığı videosu ilə bütün diqqətləri üzərinə çəkib.
Müğənni sosial şəbəkədə yeni fotosunu da yayımlayıb. O şəkilinə "Yayda ən dəhşətli heyvan ağcaqanaddır" qısa şərhini də əlavə edib.
İstirahət zamanı sənətçinin yanında rəfiqəsi də olub. Onların lentə alınan əyləncəli görüntüləri istifadəçilər tərəfindən bəyənilərək maraqla qarşılanıb.