Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada yeddinci kosmik dövlət peyda oldu

Dünyada yeddinci kosmik dövlət peyda oldu

Tarix: 22 Iyun 2022 16:00

Dünyanın yeddinci kosmik dövləti peyda olub. Belə ki, Cənubi Koreya ilk dəfə öz istehsalı olan raketlə kosmosa peyk buraxmağı bacarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da, ölkə ABŞ, Rusiya, Fransa, Çin, Yaponiya və Hindistanla birlikdə orbitə bir ton və ya daha çox çəkiyə malik peyk çıxara bilən dövlətlər sırasına daxil olub.

Qeyd edək ki, "Korea Space Launch Vehicle 2" (KSLV-2) daşıyıcısının buraxılışı Naro kosmodromundan baş tutub. Raket bir neçə peyki uğurla Yerin orbitinə çıxarıb.

Milli.Az


Etiketlər:  Dünyada yeddinci kosmik dövlət peyda oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ