Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İmelda" ABŞ-da 2 nəfəri öldürdü

Tarix: 20 Sentyabr 2019 12:51

Bakı. Trend:

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində 2 nəfər ölüb.

Ölənlərdən biri aeroport yaxınlığında yağış sularına qərq olmuş yük maşının içində boğulub.

Digər şəxsin isə yağış sularında batan atını xilas etmək istərkən boğulduğu deyilir.

Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.

Ştatın Hyuston şəhərindəki aeroportda isə 900-dan çox aviareys təxirə salınıb.


Etiketlər:  İmelda ABŞ da 2 nəfəri öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ