Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdmançı huşunu itirdi - VİDEO - FOTO

İdmançı huşunu itirdi - VİDEO - FOTO

Tarix: 24 Iyun 2022 13:38

Amerikalı Anita Alvares Budapeştdə su idman növləri üzrə dünya çempionatında solistlərin final müsabiqəsində texniki proqramla çıxış etdikdən sonra hovuzda huşunu itirib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Alvares batıb və nəfəs almayıb. İdmançının məşqçisi Andrea Fuentes suya atılaraq onu xilas edib.

"Bu, çox qorxunc idi. Xilasedicilər suya atılmadıqları üçün özümü atmalı oldum. Qorxdum, çünki onun nəfəs almadığını gördüm, amma indi özünü çox yaxşı hiss edir", - deyə Fuentes bildirib.

Alvares xərəkdə tibb məntəqəsinə aparılıb. Daha sonra ABŞ-ın üzgüçülük üzrə milli komandası üzgüçünün vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, bu yarışda Azərbaycanın iki üzgüçüsü - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah da iştirak edirlər.

Milli.Az


Etiketlər:  İdmançı huşunu itirdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ