Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 16:10
"Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir. Qınayır, təhqir edir, söyür... Amma canlısında 5-7 min adam var. Özümdən götürürəm, artıq müğənni maraqlı deyil. Blogerləri izləyirlər".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Tarixin bir günü" proqramında danışıb. Sənətçi bildirib ki, hazırda sosial şəbəkədə ifaçılar dəbdən düşüb, insanlar blogerləri daha çox izləyirlər.
Plastik əməliyyatla arıqlamaq istəyən Günel "Cəsarətimi toplayıb gedə bilmirəm" sözlərini söyləyib.