Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minlərlə insan yenidən Tbilisinin mərkəzinə toplaşdı

Minlərlə insan yenidən Tbilisinin mərkəzinə toplaşdı

Tarix: 24 Iyun 2022 22:06

"Utanc" gənclər təşkilatı yenidən minlərlə insanı Tbilisinin mərkəzinə toplayıb. Bu dəfə hakimiyyətdən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusu almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi tələb edilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət Avropa Komissiyasının Gürcüstanın müraciətinə dair rəyində əvvəllər qeyd etdiyi 12 şərtdən gedir.

Aksiya Rustaveli prospektində, Gürcüstan parlamentinin qarşısında keçirilir. Mitinq iştirakçılarının əksəriyyətini gənclər təşkil edir.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu verməyə hazır olduğunu bildirib. Artıq Ukrayna və Moldova namizəd statusu alıb.


Etiketlər:  Minlərlə insan yenidən Tbilisinin mərkəzinə toplaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ