Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Consondan şok iddia - “Bu ölkələr Ukraynaya təklif edirlər ki...”

Consondan şok iddia - “Bu ölkələr Ukraynaya təklif edirlər ki...”

Tarix: 24 Iyun 2022 23:44

G7 ölkələri və NATO üzvləri Rusiyanın amansız müharibəsi davam edərkən Ukraynanı əlverişsiz şərtlərlə sülhə razılaşmağa təşviq etməməlidirlər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

Conson Qərb dövlətlərini ukraynalılara strateji dözümlülük üçün motivasiya verməyə çağırıb.

"G7-dəki və xüsusən də NATO-dakı həmkarlarıma mesajım budur ki, indi danışıqlar aparmaq və ukraynalıları pis sülhü qəbul etməyə təşviq etmək vaxtı deyil, atəşkəs müqabilində onlara ərazilərinin bir hissəsindən imtina etmək təklif olunur", - baş nazir bildirib.

O, belə bir ssenarinin fəlakət olacağı və bunun Rusiya Prezidenti Vladimir Putinə cəsarət verəcəyi və dünyaya əlavə iqtisadi ziyan vuracağı barədə xəbərdarlıq edib.

"Ukraynalıların Donbasda, Severodonetskdə, sonra isə cənubda dinamikanı dəyişmək üçün köməyə ehtiyaclarının olduğunu etiraf etməyin vaxtı çatıb", - Conson əlavə edib.

Milli.Az


Etiketlər:  Consondan şok iddia Bu ölkələr Ukraynaya təklif edirlər ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ