Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekspert qrupunun rəhbəri: Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir

Ekspert qrupunun rəhbəri: Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir

Tarix: 1 May 2019 12:42

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz I paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyəcək.

Trend-in məlumatına görə, bunu Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq ekspert qrupunun rəhbəri, Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi deyib.

M.Hardi bildirib ki, forumda, həmçinin gənclərdən nələr öyrənə bilməyin yollarından da söhbət açılacaq: “Eyni zamanda panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki miqrasiya məsələləri gündəmdədir. Biz bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Ona görə də, Bakı forumu bizim üçün önəmlidir".

Qeyd edək ki, Bakıda 2-3 may tarixində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcəkdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaq.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.


Etiketlər:  Ekspert qrupunun rəhbəri Bakıda keçirilən 5 ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ