Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”

“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”

Tarix: 25 Iyun 2022 11:10

"Özümə qarşı o qədər qəddar olmuşam ki. Təbiətin verdiyi xasiyyəti itirməkdən qorxmuşam. Çox çətindir ki, təbiətinə xəyanət etməyəsən. Mən anamın , "lay-lay"ı, "haycan"ı, "qurban olum"u ilə böyümüşəm. O səs indiyə qədər qulağımdadır. Bunu da hər zaman övladlarımla paylaşmışam. Hər zaman demişəm ki, son nəfəsimin sahibi övladlarım olacaq. Onlar məni rəzil etmədilər. Mən də onları özümdən sonra qoyduğum mənəvi mirasla utandırmaq istəmirəm"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. O daha sonra yeni dünyaya gələn nəvəsindən danışıb.

"Allaha şükürlər olsun ki, bu günü mənə nəsib etdi. Oğlumun iki övladı var, gözüm yollarda idi ki, Allah Zümrüdümə də pay versin. Allah ona oğul payı verdi, amma mən qız nəvəmi, balaca Floriçkanı da gözləyirəm. Hamı nəvəmə görə mənə göz aydınlığı verir, onların hər birinə demək istəyirəm ki, aydınlıq içərisində yaşayasınız. Allah heç bir ananı övlad həsrətində qoymasın, bütün qadınlara ana, valideynlərə nənə-baba olmağı arzu edirəm. Nənə olandan bu günə qədər təbriklərin ardı-arası kəsilməyib. Qızım inşAllah yəqin ki, yay tətilində Azərbaycana gələcək və məni sevindirəcək" deyə sənətkar bildirib.

Flora Kərimova ginekoloq işlədiyi illəri xatırlayıb.

"1971-ci ildə Tibb İnstitunu bitirəndən sonra Konservatoriyada oxuya-oxuya 3 il Əzizbəyov adına doğum evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm. Bu mənim üçün məsuliyyətli və şərəfli peşə idi. O vaxt doğulan hər körpəyə "bu dünyaya xoş gəldin. Mamaça kimi uşaq dünyaya gətirirdim" deyə o bildirib.


Etiketlər:  Övladlarım məni rəzil etmədi mən onları utandırmaq istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ