Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2022 14:16
Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şoyqu komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya ordusunun əsas əməliyyat bölgələrində hərəkətləri barədə məruzələrini dinləyib", - məlumatda qeyd olunub.
Şoyqu görüş zamanı bəzi hərbçiləri də mükafatlandırıb.
Müdafiə nazirinin harada olması ilə bağlı rəsmi məlumat verilməsə də, Rusiya mətbuatı onun Donbasa yollandığını yazıb.