Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 08:02
Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə "əmr belə olub" deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır".
"Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə", - Zelenski deyib.