Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HAVA necə olacaq? - PROQNOZ

HAVA necə olacaq? - PROQNOZ

Tarix: 27 Iyun 2022 12:22

İyunun 28-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.


Etiketlər:  HAVA necə olacaq PROQNOZ


RƏYLƏR