Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

Tarix: 27 Iyun 2022 12:30

Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi" gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra "Kazbeqi" gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.

Milli.Az


Etiketlər:  Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru bağlanıb


RƏYLƏR