Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 11:30
Rusiya Federasiyasının İstintaq Komitəsi 25-30 yaşlarında olan 4 nəfərə qarşı bir nəfəri evin girişindən qaçırıb, sonra ona qarşı təcavüz etdiklərinə görə cinayət işini araşdırır.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstiintaq komitəsinin Moskva üzrə rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.
"Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "a" bəndində (qabaqcadan razılaşma ilə bir qrup şəxs tərəfindən adam oğurluğu), Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsində (quldurluq) və Cinayət Məcəlləsinin 132-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (seksual xarakterli digər hərəkətlər) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunurlar", - şöbədən qeyd etdilər.
İstintaqın məlumatına görə, çərşənbə axşamı, iyunun 21-i axşam saatlarında dörd nəfər paytaxtın cənub-qərbində, Akademik Artsimoviç küçəsindəki evlərin birinin girişində moskvalını şiddətli şəkildə döyüblər. Sonra cinayət ortaqları onu zorla çölə çıxarıb maşına mindiriblər, sonra Troitski rayonu ərazisinə gediblər. Orada zərərçəkmişi bıçaqla hədələyən quldurlar zərərçəkmişdən bütün pulları alıb, təcavüz ediblər və cinayət yerindən qaçıblar.
İstintaq komitəsinin Moskva rəhbərinin böyük köməkçisi İvanovanın sözlərinə görə, zərərçəkmiş polislə əlaqə saxladıqdan sonra iş üzrə təqsirləndirilən şəxslər saxlanılıb. O qeyd edib ki, müstəntiqin səriştəli taktikası sayəsində təqsirləndirilən şəxslərdən biri öz günahını tamamilə boynuna alıb və silahdaşlarını təslim edib. Çeryomuşkinski məhkəməsi saxlanılanların həbsi ilə bağlı vəsatəti təmin edib.
İrfan Vəliyev