Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röyanın 20 minlik geyimi müzakirələrə səbəb oldu - FOTO

Röyanın 20 minlik geyimi müzakirələrə səbəb oldu - FOTO

Tarix: 28 Iyun 2022 19:40

Son zamanlar ard-arda yeni layihələr təqdim edən Xalq artisti Röya Ayxan bu dəfə geyimi ilə diqqət çəkib. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi libasının qiyməti ilə hər kəsi təəccübləndirib. Onun əynindəki bahalı geyimləri ümumilikdə "Christian Dior" markasına aid olub. 

Xalq artistinin köynəyi 3600 dollar (təxminən 6 120 AZN), ətəyin qiyməti isə 4130 dollar (təxminən 7021 AZN) olub. 

Sənətçi libasını "Christian Dior"a aid çanta ilə tamamlayıb. Onun qiyməti 4327 dollardır (təxminən 7 355 AZN).

Röya Ayxanın geyimlərinin ümumi dəyəri 12 057 dollar (təxminən 20 496 AZN) təşkil edib. 

Bu haqda "Kim haradan geyinir?" səhifəsi məlumat yayıb. Sənətçi bahalı libasında lentə aldırdığı fotoları sosial şəbəkə hesabında yayımlayıb. Onun geyimi müzakirələr yaradıb.
Milli.Az


Etiketlər:  Röyanın 20 minlik geyimi müzakirələrə səbəb oldu FOTO


RƏYLƏR