Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uçan hotel - VİDEO

Uçan hotel - VİDEO

Tarix: 29 Iyun 2022 06:24

Yəmənli biotexnoloq və elmi kommunikator Haşim əl-Qaili uçan otel layihəsi hazırlayıb və bunu "Sky Cruise" adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hotel nüvə enerjisi ilə fəaliyyət göstərəcək və bunun sayəsində daim havada ola biləcək. Qonaqlar hotelə adi təyyarələrdə gələcək. Bunun üçün uçan hotelin öz aerodromu olacaq.

Konsepsiyaya görə, hotelin uçuşunu süni intellekt idarə edəcək, pilotlar isə yalnız onun effektiv fəaliyyətinə nəzarət edəcəklər.

Ehtimal olunur ki, buludlara baxan lüks hotelin göyərtəsində eyni vaxtda 5000-ə qədər qonaq qala bilər.

Qeyd edək ki, Əl-Qailinin layihəsi artıq dünya mətbuatında "uçan Titanik" adını alıb.
Milli.Az


Etiketlər:  Uçan hotel VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ