Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlikram Bayramov: "Dünən Zərdabinin vətənində toyda idim..."

Əlikram Bayramov:

Tarix: 29 Iyun 2022 21:00

Müğənni Əlikram Bayramov mətbuatın qurucusu, "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zəradbini tanımaması ilə bağlı sosial şəbəkədə ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Milli.Az xəbər verir ki, sənətçi qaynarinfo-ya açıqlamasında bildirib ki, böyük ədib, böyük klassik Həsən bəy Zəradbini Azərbaycanda uşaqdan-böyüyə hamı tanıyır:

"Elə şey olar? Həsən bəy Zərdabini kim tanımaz? Dünyasında belə şey olmaz. Bir məclisdə idim, danışa bilmədim. Gündəm olmuşam? Xəbərim olmayıb. Dünən Həsən bəy Zərdabinin vətənində toyda idim, məni gözəl qarşıladılar, Allah ona rəhmət eləsin, böyük ədib, böyük klassiki kim tanımaz ki?.."

Qeyd edək ki, müğənni Əlikram Bayramov oxu.az-ın sənət adamları arasında keçirilən "Həsən bəy Zərdabini tanıyırlarmı" adlı sorğusuna "Rəhmətlik yaxşı kişi idi. Həsən bəy Zərdabini tanımayan insan Azərbaycanı tanımır. Həsən bəy Zərdabi böyük yazar, gözəl insan, dəyərli dost idi", deyə cavab verib.

Milli.Az


Etiketlər:  Əlikram Bayramov Dünən Zərdabinin vətənində toyda idim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ