Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 18:10
1990-cı illərdə ABŞ-da məşhurlaşan Qremmi mükafatlı R&B və hip-hop müğənnisi Ar Kelli (Robert Silvestr Kelli) cinsi zorakılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin şəhərindəki məhkəmədə 55 yaşlı Kelli "18 yaşından kiçik qızlara sistemli cinsi istismar" və "nüfuzdan sui-istifadə" kimi cinayətlərə görə 30 il həbs və 100 min dollar cərimə kəsilib.
Bildirilib ki, son iclasda ifadə verən zərərçəkənlərdən bəziləri qaradərili müğənninin onlara qarşı etdiyi təhqirləri və alçaldıcı azğın davranışlarını izah edərkən göz yaşlarına boğulub, keçmiş ulduza qarşı hiddətlə dolublar.