Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveç anlaşmadan boyun qaçırır? - Ərdoğan xəbərdarlıq etmişdi

İsveç anlaşmadan boyun qaçırır? - Ərdoğan xəbərdarlıq etmişdi

Tarix: 1 Iyul 2022 23:04

Prezident Rəcəb Tayyib Ərdoğanın Stokholmun 73 terrorçunu Türkiyəyə təhvil verəcəyini açıqlamasından sonra İsveçin ədliyyə naziri Morqan Yohansson ölkəsində ekstradisiya qərarlarının müstəqil məhkəmə sistemi tərəfindən verildiyini bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, nazir bunun İsveç Ali Məhkəməsi tərəfindən araşdırılacağını söyləyib.

"İsveç qanunları İsveçdə müstəqil məhkəmələr tərəfindən tətbiq edilir. İsveç vətəndaşları ekstradisiya edilmir. İsveç qanunvericiliyinə və Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun olmaq şərti ilə İsveç vətəndaşı olmayanlar başqa ölkələrin tələbi ilə ekstradisiya edilə bilər", - nazir deyib.

Yohansson buna dair araşdırma aparan və veto hüququ olan tərəfin İsveç Ali Məhkəməsi olduğunu vurğulayıb:

"Bu sistem hələ də qüvvədədir. İsveç, Finlandiya və Türkiyənin imzaladığı müqavilədə də açıq şəkildə qeyd olunub ki, Ekstradisiya haqqında Avropa Konvensiyasına əməl edirik".

Milli.Az


Etiketlər:  İsveç anlaşmadan boyun qaçırır Ərdoğan xəbərdarlıq etmişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ