Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 02:03
Bu kokteyl kəllədaxili təzyiqi aşağı salır, arterial təzyiqi normallaşdırır, sakitləşdirici təsir göstərir, spazm və qıcolmaları aradan qaldırır, periferik damarlrda əmələ gələn varikoz genəlməni aradan qaldırır, venoz durğunluğu azaldır, qan dövranını yaxşılaşdırır, tromb əmələ gəlmənin qarşısını alır və xərçəng əleyhinə təsir göstərir. Kokteyli içdikdə ən yaxşı nəticəni taxikardiyadan, aritmiyadan, yüksək arterial təzyiqdən, kəllədaxili təzyiqdən və müxtəlif növ nevrozlardan əziyyət çəkən adamlar əldə edirlər. Kokteyl içməklə havaya qarşı həssas olan adamların həssaslığını azaltmaq mümkündür.
Kokteyl aşağıdakı qaydada hazırlanır. Kokteylə qatılacaq maddələr hazır halda aptekdən alınır.
-pişikotu cövhəri - 50 ml
-pion cövhəri - 50 ml
-evkalipt cövhəri - 50 ml
-nanə cövhəri - 25 ml
-qırmızı yemişan (boyarışnik) - 50 ml
Bunlar şüşə butulkaya tökülür və üzərinə 10 ədəd mixək əlavə edilir. Qarışım sərin və qaranlq yerdə 2 həftə saxlanılır. Qarışımdan gündə 4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 20-25 damcı içilir.
Qarışımın keyfiyyətli və təsirli olmasının istəyirsinizsə, o zaman tərkibindəkiləri dəyişdirmədən və göstərilən ölçüdə qəbul eləmək lazımdır. Qarışımı bir ay qəbul eləmək orqanizmə 2-3 il öz təsitini göstərir.