Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 04:25
Xəbər verdiyimiz kimi, ABD Malik Kələntərlinin plastik kartından hakerlər sosial şəbəkə vasitəsi ilə 546 manatını oğurlayıb.
Sonxeber.net xəbər verir ki, xoşagəlməz hadisə ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
O baş vermiş olayı belə şərh edib.
"Hesabıma "thisis_abdmalik" adlı profildən dostluq gəldi. İçində şəkillərimdən ibarət video vardı. Axmaq kimi girdim həmin videonu üzərinə keçid etdim və video itdi. Bir dəqiqə keçmədi ki, telefonuma mesaj gəldi - 546 manatınız kartınızdan çıxıldı".
Bankla əlaqə saxladığını söyləyən M.Kələntərli bildirib ki, məsələ həllini tapmasa, hüquq-mühafizə orqanlarına şikayət edəcək.