Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu iki maddə ilə dabanlarınızda olan çatlardan xilas ola bilərsiniz

Bu iki maddə ilə dabanlarınızda olan çatlardan xilas ola bilərsiniz

Tarix: 2 Iyul 2022 07:33

Kobudlaşmış və çatlamış dabanlar pis görünüş yaradır. Bu heç kimin xoşuna gələn bir şey deyil. Amma siz istəsəniz bu bəladan ev şəraitində asanlıqla xilas ola bilərsiniz. Bunun üçün isə 2 inqridient lazımdır. Hansı ki, bu inqridientlər sizin mətbəxinizdə var.
Lazım olanlar:
* 4 stəkan süd
* 3 xörək qaşığı qabartma tozu  
Hazırlanması:
Südü qızdırın və ayaqlarınızı vanna edə biləcək qaba tökün. Südün üzərinə qabartma tozunu da əlavə edərək ayaqlarınızı 10 dəqiqə vanna edin. Sonra ayaqlarınızı isti su ilə yaxalayın və qurulayın. Dabanlarınızda olan qalınlaşmadan və çatlardan xilas olmaq istəyirsinizsə bu proseduru hər gün təkrar edin.
Proseduru hər gün etsəniz dabanlarınızın yumşaq olduğunu və çatların aradan qalxdığının şahidi olacaqsınız.

Milli.Az


Etiketlər:  maddə ilə dabanlarınızda olan çatlardan xilas bilərsiniz


RƏYLƏR