Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 09:08
Bakı. Trend:
Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olub.
Trend-in məlumatına görə, ölənlərdən ikisinin cəsədi öz maşınlarında tapılıb. Bölgədən ən azı 1.7 min insan təxliyə edilib.
Qeyd edək ki, Texas ştatının icra başçısı 13 vilayətdə fövqəladə vəziyyət elan edib. Hyuston hava limanları əlverişsiz hava şəraiti ilə əlaqədar 900-dən çox uçuşu təxirə salıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin