Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

28 nəfərdən ən uzunömürlüsü: "Mənim belə nazirim olsaydı..."

28 nəfərdən ən uzunömürlüsü:

Tarix: 2 Iyul 2022 13:08

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynadı, müstəqilliyin müdafiəsinin ön sıralarında oldu. 

18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxdı və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərdi. Mərhum Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 

Yarandığı gündən indiyədək 28 nəfər DİN-ə başçılıq edib. Nazirliyin ən uzunömürlü rəhbər isə Ramil İdris oğlu Usubov olub. O, 1994-cü ildən 2019-cu ilədək, 25 il nazir vəzifəsini daşıyıb. 

Milli.Az


Etiketlər:  28 nəfərdən ən uzunömürlüsü Mənim belə nazirim olsaydı


RƏYLƏR