Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 14:08
Özünüməşğulluq proqramına qoşulan və təlimlər, imtahanlardan keçən şəxs nəzərdə tutulan vəsaitlərlə təmin olunmayıb.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, söhbət Gəncə şəhər sakini Esmira Hüseynovadan gedir.
O, poliqrafiya sahəsində öz kiçik biznesini qurmaq məqsədi ilə Dövlət Məşğulluq Agentliyinin yerli şöbəsinə müraciət edərək layihəyə qoşulub. Ancaq bütün mərhələlərdən keçməsinə baxmayaraq nəzərdə tutulan avadanlıqları ala bilmir. Bununla bağlı müraciətinə hər dəfə "bir az gözləyin" cavabı verilib.
Esmira Hüseynova iddia edir ki, ötən ilin dekabr ayında verilməli olan avadanlıqlar daha sonra mart ayına vəd olunub. Ancaq bu vəd də yerinə yetirilməyib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, vətəndaşın proqramda iştirakında heç bir axsama yoxdur. Esmira Hüseynova poliqrafiya sahəsi üzrə özünüməşğulluğa dəstək layihəsi olan "Azərbaycanda məşğulluğa dəstək" layihəsinə cəlb olunub. Təlimlərdə iştirak edib və qiymətləndirmədən keçib. Hazırda proqramın son mərhələsindədir. Yaxın zamanda növbəli qaydada aktivlərlə təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: