Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 10:04
Portuqaliya çempionatının 6-cı turunda millimizin hücumçusu Renat Dadaşovun komandası “Pakuş de Fereyra” bu mövsüm ilk qələbəsini qazanıb.
Qol.az xəbər verir ki, “Aveş”ə qarşı evdə keçirilən və 2:1 hesabı ilə yekunlaşan matçda Dadaşov 74-cü dəqiqədə meydana daxi olub. O, 82-ci dəqiqədə ikinci qolun vurulması ilə nəticələnən hücumda iştirak edib.
Qeyd edək ki, bu qələbə sayəsində “Pakuş de Fereyra” “Aveş”i geridə qoyaraq sonuncu pilləni tərk edib. Hazırda onlar 4 xalla 17-ci yeri tuturlar.