Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belarus Ukraynada döyüşməyə can atmır'' - Lukaşenko

''Belarus Ukraynada döyüşməyə can atmır'' - Lukaşenko

Tarix: 2 Iyul 2022 22:42

"Belarus Ukraynada döyüşməyə can atmır, çünki bu müharibə ona lazım deyil".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı keçirdiyi müşavirədə deyib.

"Bir il və ya daha çox əvvəl dediklərimi təkrar edirəm: biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil", - Lukaşenko əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisi Belarusun mümkün hücumuna hazır olduqlarını və bu barədə əvvəlcədən xəbərdarlıq edəcəklərini bildirmişdi.

Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Belarus ordusu tərəfindən birbaşa hücum təhlükəsi yoxdur.


Etiketlər:  Belarus Ukraynada döyüşməyə atmır Lukaşenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ