Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 18:22
Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan - red.) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir", - deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.
Məlumata görə, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində separatçı terror təşkilatı üzvləri sığınacaqlar qurub. Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.