Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandakı güclü zəlzələnin Azərbaycana təsiri ola bilər? - AÇIQLAMA - VİDEO

İrandakı güclü zəlzələnin Azərbaycana təsiri ola bilər? - AÇIQLAMA - VİDEO

Tarix: 4 Iyul 2022 14:02

Ötən gün İranda baş vermiş ardıcıl zəlzələlər bir kəndi tamamilə dağıdıb.

Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, güclü zəlzələdən sonra afterşoklar davam edir. Bəs bu zəlzələlər Azərbaycanda seysmik aktivliyə təsir göstərə bilərmi?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hesab edir ki, narahatlığa əsas yoxdur.

Onun sözlərinə görə, zəlzələdən sonra afterşokların olması normaldır. Çünki enerji boşalması baş verməlidir. Afterşoklar təxminən 1 ay davam edəcək.

Qeyd edək ki, ötən gecə yerli vaxtla 2:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib və 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər ölüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  İrandakı güclü zəlzələnin Azərbaycana təsiri bilər AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ