Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

110 yaşlı qadın uzunömürlülüyün sirrini açıb

110 yaşlı qadın uzunömürlülüyün sirrini açıb

Tarix: 4 Iyul 2022 23:06

ABŞ-dan olan uzunömürlü qadın növbəti yubileyini qeyd edib və uzunömürlülüyünün sirrini açıb.

Milli.Az bildirir ki, bu barədə "The Orange County Register" məlumat yayıb.

Kaliforniyanın Anahaym şəhərindən olan Konni Diken Uilyams ad gününü iyunun 26-da 20 ildir yaşadığı qocalar evində qeyd edib. 110 yaşlı qadını təbrik etməyə yaxınları gəlib və pansionat rəhbərliyi onun üçün böyük bayram təşkil edib. Bundan əlavə, o, Anahaym Yanğınsöndürmə İdarəsindən xüsusi hədiyyə alıb: onu işıqları yanıb-sönən yanğınsöndürən maşında gəzdiriblər.

Uilyams uzunömürlülüyünə səbəb kimi aktiv həyat tərzini və rəqsə olan sevgisini göstərib. "Mən yeməkdənsə rəqs etməyi üstün tuturam" - günün qəhrəmanı deyib. 90 yaşına qədər o, hər gün ən azı beş kilometr piyada getməyə çalışıb. İndi o, məsafəni qısaldıb və təxminən bir yarım kilometr piyada gedir, həm də hər gün.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  110 yaşlı qadın uzunömürlülüyün sirrini açıb


RƏYLƏR