Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 23:56
"Lisiçansk və Severodonetsk uğrunda döyüşlərdə 7 min rusiyalı öldürülüb. Bu, hələ ən aşağı hesablamadır".
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç "Feygin Live" verilişinin yayımında bildirib.
"Rusiya qüvvələrinin nəzarətində olmayan Luqansk vilayətində kiçik "boz zona" qalıb, lakin ümumilikdə rusların Luqansk vilayətini ələ keçirdiyini demək olar", - O.Arestoviç deyib.
Xatırladaq ki, Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.