Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərlik işçiləri sambo üzrə çempionu döydülər - VİDEO

Çimərlik işçiləri sambo üzrə çempionu döydülər - VİDEO

Tarix: 5 Iyul 2022 01:32

Rusiyada Adlerdə "Freqat" çimərliyində işçilər tətil edənlərə qarpız paylayan 6 və 14 yaşlı bacılarının müdafiəsinə qalxan Minsk sakinini taxta və armaturlarla döyüblər.

Sonxeber.net bildirir ki, bu barədə "Soçi Online" Teleqram kanalında məlumat verilib.

Yayılan videogörüntülərdə bir qrup kişinin çimərlikdə kişini döydüyü görünür. Onların bəzilərinin əynində "Freqat" loqosu olan qırmızı jiletlər var. Zərərçəkmişin anası bildirib ki, onun iki bacısı çimərlikdə video çəkdirmək qərarına gəlib, qarpızı gözəl dilimləyib və istirahət edənlərə təklif edib. Bundan sonra münaqişə yaranıb.

"Freqat" çimərliyinin işçiləri çörəklərini əllərindən aldıqlarını düşünərək onları kobud şəkildə qovublar. Qardaşları da onların ardınca gedib və onları müdafiə edib. O, sambo üzrə Minsk çempionudur. Üç nəfər ona hücum edib. O isə "sahildən getməyəcəyəm" deyib, hücum edənləri yerə sərib. Sonra ona "Fregat" çimərliyinin xilasediciləri də daxil olmaqla, on nəfərə yaxın insan hücum edib. Hücum edənlər dəmir armaturlar, taxtalar götürüblər və istirahət edənlərin gözü qarşısında oğlumu döyüblər", - o deyib. O, oğlunun döyüldükdən sonra reanimasiyada olduğunu da əlavə edib.

İrfan Vəliyev


Etiketlər:  Çimərlik işçiləri sambo üzrə çempionu döydülər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ