Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir milyard şəxsin məlumatları 10 bitkoinə satılır

Bir milyard şəxsin məlumatları 10 bitkoinə satılır

Tarix: 5 Iyul 2022 13:00

"ChinaDan" ləqəbli anonim haker "Breach Forums" forumunda 10 bitkoinə həcmi 23 TB-dən çox olan məlumatları satmaq təklifini yerləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakerin sözlərinə görə, burada bir milyard Çin vətəndaşı haqqında məlumat var.

"ChinaDan" şəxsi məlumatları Şanxay Milli Polisinin məlumat bazasından əldə etdiyini iddia edib. Sızdırılan məlumatlarda Çin vətəndaşlarının adı, ünvanı, doğulduğu yer, pasport nömrələri, mobil telefon nömrəsi və cinayətləri ilə bağlı bütün təfərrüatlar var.

Məlumatların orijinal olub-olmadığı hələlik məlum deyil.

Çin hökuməti və Şanxay polisi məsələ ilə bağlı şərh verməyib.

Milli.Az


Etiketlər:  Bir milyard şəxsin məlumatları 10 bitkoinə satılır


RƏYLƏR