Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 12:16
"Yeni Müsavat" qəzetinin baş redaktoru və eyni adlı Media Qrupun rəhbərinin müavini Azər Ayxan tutduğu vəzifədən istefa verib.
Sonxeber.net xəbər verir ki, bu haqda o özü sosial şəbəkə hesabında məlumat yayıb. Jurnalist qərarını belə izah edib:
"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən.
Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.
Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.
Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər".
Qeyd edək ki, A.Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. Onlar uzun illər idi ki, sözügedən Media Qrupuna birlikdə rəhbərlik edirdilər.