Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 14:54
Yeni Müsavat" Media Qrupunun rəhbərliyi qrupa daxil olan "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın media qrupdan ayrılması barədə bəyanatına reaksiya verib.
Sözügedən media müəssisəsinin baş direktoru Ələsgər Süleymanovun imzası ilə yayılmış açıqlamada bildirilir:
"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizim üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan "Yeni Müsavat"ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.
Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir".
Açıqlamada daha sonra bildirilir: "Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümud edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq".