Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 18:24
Rusiyanın Kuban vilayətinin pravoslav sakinləri müğənni və teleaparıcı Olqa Buzovanın çıxışlarını izləməmək üçün müsəlmanlara müraciət ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar Buzovanın yaradıcılığına qarşı bəyanat yazıblar və o, Krasnodar bölgəsinin Mədəniyyət Nazirliyinə göndərilməyə hazırdır. Bildirilir ki, "Dom-2" televiziya layihəsinin keçmiş aparıcısı avqustda Kubana gəlməlidir.
Onun çıxışlarını izləməkdən imtinaya səbəb insanların Buzovanın davranışları, həmçinin İsa Məsihin anası timsalında hərəkət etməsi və soyunaraq şeytani ayinlər icra etməsindən narazı qalmaları olub.