Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski müharibəni bitirəcək faktorları sadaladı

Zelenski müharibəni bitirəcək faktorları sadaladı

Tarix: 6 Iyul 2022 23:52

Ukraynadakı müharibənin müddəti və ukraynalıların vətənlərinə qayıtma vaxtı bir neçə amildən asılıdır.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə İrlandiyanın baş naziri Mişol Martinlə keçirdiyi birgə brifinqdə deyib.

"Bu, münaqişə deyil, terror aktıdır. Rusiya hərbçiləri müharibəni ordumuzla deyil, mülki əhalilə aparır. Müharibənin nəticəsi Rusiyanın nə etdiyini başa düşüb-düşməyəcəyindən, nə vaxt başa düşəcəyindən asılıdır. Yəni onlar nə etdiklərini başa düşür və ərazimizi tərk etməyə başlayırlar. Bu əslində çox yumuşaq yanaşmadır və mən buna inanmıram", - deyə Zelenski bildirib.

Zelenskiyə görə, müharibənin bitməsinin ikinci faktoru da var: "İkinci məqam bütün dünyanın Rusiyaya necə təzyiq göstərməsi və onları sıxışdırmasıdır. Biz döyüş meydanındayıq. Bütün dünya həm sanksiyalar tətbiq edir, həm də bizə tam dəstək göstərirlər. Ona görə də bu sualın cavabı hər kəsdən asılıdır. Biz bunu nə qədər tez edə bilərik və Rusiyanı sülh haqqında nə qədər tez düşünməyə vadar edəcəyik. Rusiya sanksiyaların ciddi nəticələrini hələ hiss etmirlər. Təəssüf ki, hələ də Rusiya Federasiyasına və ya onların biznesinə kömək edən bəzi müttəfiqlər var", - deyə Zelenski izah edib.


Etiketlər:  Zelenski müharibəni bitirəcək faktorları sadaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ