Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taktiki işləri həyata keçirə bilmədik” - millimizin baş məşqçisi

“Taktiki işləri həyata keçirə bilmədik” - millimizin baş məşqçisi

Tarix: 21 Sentyabr 2019 18:04

“Bu gün fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdür. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Bakıda Belarusa 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra AFFA-nın saytına deyib.

"Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik” - deyə o bildirib.

 


Etiketlər:  Taktiki işləri həyata keçirə bilmədik millimizin baş məşqçisi


RƏYLƏR