Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 19:50
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin təşkilatçılığı ilə Varşavada insan alveri, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda keçirilən konfransda iştirak ediblər.
Trend-in məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin toplantıda çıxış etməsinə mane olmağa çalışıblar.
Tural Gəncəliyev toplantıda işğal altındakı Dağlıq Qarabağın 800 mindən artıq əhalisini təmsil etdiyini deyib. Dünya birliyini onların pozulmuş hüquqlarının bərpasına çağırıb.
Toplantıda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 ətraf rayonun 1 milyona yaxın əhalisinin hüquqlarının pozulduğunu, dünyanın isə buna göz yumduğunu qeyd edib. Fuad Hüseynov problemin həllinin işğala son qoyulması və bu insanların öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından sonra mümkün olacağını bildirib. Amma Ermənistanın bunda maraqlı olmadığını diqqətə çatdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin