Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 13:55
Türkiyəli aparıcı-model Burcu Əsmərsoyun toyu təxirə düşüb.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki,15 yaş kiçik sevgilisi Nazim Akmandillə İtaliyada evlənməyə hazırlaşan model İstanbulun Etilər səmtində görüntüləndiyi zaman bu barədə danışıb:
"Nazim mənə İtaliyada evlilik təklifi edib. Orada çox bəyəndiyim bir otel var idi. Otel bizə "2023-də görüşərik"deyə, mail yazıb, doludur. Biz də təxirə düşən toy olarsa, xəbər etmələrini dedik. İstədiyim bir tarix var, hələ ki, danışıqlar gedir".