Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mikroavtobus yolu keçən məktəbliləri vurdu - VİDEO

Mikroavtobus yolu keçən məktəbliləri vurdu - VİDEO

Tarix: 8 Iyul 2022 14:22

Rusiyanın Voloqda şəhərində mikroavtobus yüksək sürətlə hərəkət edərək piyada keçidində yolun qarşısına keçən üç məktəblini vurub.

Milli.Az bildirir ki, qəza anının videoyazısı VKontakte sosial şəbəkəsində yerli qruplardan birində yayımlanıb.

Kadrlarda yeniyetmələrin işıqforla tənzimlənməyən hərəkətli yolayrıcından keçərək qaçdıqları görünür. Mikroavtobus onların üzərinə tam sürətlə hərəkət edir - sürücü keçidə az qalmış əyləcə basır, lakin toqquşmadan qaça bilmir.

Video hadisə şahidlərinin xəsarət alan məktəblilərə kömək etməyə çalışması, qəza yerinə təcili yardımın gəlməsi ilə bitir.

REN TV-nin məlumatına görə, qəzadan əvvəl ildırım işıq dirəyinə dəyib və bu, kəsişməni enerjisizləşdirib və işıqforu söndürüb. Məktəblilər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, reanimasiyadadır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Mikroavtobus yolu keçən məktəbliləri vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ