Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 04:35
Müğənni Ayan Babakişiyeva "bunun pulu haradandır?" deyənlərə cavab verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, MTV-də yayımlanan "10-da görüşək" verilişində danışıb.
Biznesi ilə bağlı açıqlama verən Ayan işində uğur əldə etmədiyi vaxtların olduğunu da vurğulayıb:
"Kiminsə fikrini dəyişmək niyyətində deyiləm, ya da belə məcburiyyətim yoxdur. Haradansa, istirahətdən foto paylaşanda deyirlərsə ki, "bunun pulu haradandır", fikir vermirəm. Mənim biznesim var. Ağıllı insanam. Müğənnilik gəlirli sənətdir, tədbirlərimiz, məclislərimiz olur. Amma elə aylar var ki, heç bir şey qazanmırsan. Normal, dərrakəli insan kimi düşünürəm ki, başqa sahəyə də yönəlməliyəm. Mənim də uğurlu olmadığım vaxtlar oldu. O qədər pullarım batdı. O demək deyil ki, bir bizneslə hər şeyi düzəltmişəm. Gəncədə gəlinlik biznesim var idi, orada yüz minlərlə pulum batdı".
Ətraflı süjetdə: