Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 08:10
"Luqansk vilayətindəki Rusiya hərbi birləşmələri döyüş qabiliyyətinin bərpası və növbəti hücum üçün qüvvələrin genişləndirilməsi ilə məşğuldur".
Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiya Ukrayna müdafiə qüvvələrinin təşəbbüsü ələ keçirməməsi üçün daha məhdud hücum əməliyyatlarını davam etdirir.
MAİ analitiklərinin fikrincə, Rusiya hərbi komandanlığı daha böyük hücum əməliyyatının bərpasına kifayət qədər hazır olduqlarına qərar verdikdən sonra çox güman ki, indikindən daha çox qoşunla genişmiqyaslı hücum əməliyyatlarına davam edəcək.